fbpx

İmmuniteti gücləndirmək üçün yumurta yeyin

BEY.AZ informasiya agentliyi xəbər verir


Toyuq yumurtası yaşlı insanların rasionunda ən yaxşı ərzaqlardan biridir. Fərdi dözümsüzlük halları olmadıqda yaşlı insanlar günə iki yumurta yeyə bilərlər. Diyetoloq Marqarita Korolyovanın sözlərinə görə, ərzaq əzələ kütləsini effektli şəkildə dəstəkləyir. Bu, yaşa dolmuş vaxtlarda olduqca aktualdır, çünki yaş ötdükcə əzələ toxumaları daha sürətlə həyat qabiliyyətini itirir.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, mütəxəssis yumurta ağının orqanizm tərəfindən yaxşı mənimsənilməsini xatırladır. Onun tərkibindəki zülallar makroelementi orqanizmə “bütün biokimyəvi prosesləri” həyata keçirməyə kömək edən qidalandırıcı maddədir. O, orqanizmi yeniləyir, yaşlı insana regenerasiya proseslərini hüceyrə səviyyəsində dəstəkləmək imkanı verir. Yumurtanın ağı – əzələ kütləsi və qüvvədir.

Yumurtanın sarısına gəlincə, o, beyin aktivliyi üçün vacib olan piy mənbəyidir. Baş-beynin toxumasının üçdəbir hissəsi piydən ibarətdir və əgər yaşlı insanın qida rasionunda keyfiyyətli piytərkibli ərzaqlar çatışmırsa, bu, koqnitiv funksiyalara mənfi təsir edəcək.

Diyetoloq diqqəti ona yönəldib ki, yumurtadan istifadə etmək vərdişi möhkəm immunitetlə sıx bağlıdır. Yaşlı insanlara bu ərzağı tövsiyə edən mütəxəssis vurğulayıb ki, orqanizmə davamlı immuniteti təmin edən immunoqlobulinlərin formalaşması piyhəlledici vitaminlərin təsiri altında baş verir. Yumurta sarısının tərkibi isə məhz bu vitaminlərlə – konkret olaraq A, D, E vitaminləri ilə zəngindir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İmmuniteti #gücləndirmək #üçün #yumurta #yeyin

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu