fbpx
Xəbərlər

İmran Xan onu devirmək istəyən ölkənin adını açıqladı: Qorxunc təhdidlər almışıq

BEY.AZ informasiya agentliyi xəbər verir


Pakistan parlamentində barəsində etimad səsverməsinin keçirilməsi barədə qərar qəbul edilən Baş naziir İmran Xan xalqa müraciət edib.

Metbuat.az xəbər verir ki, Xan çıxışı zamanı onun vəzifədən uzaqlaşdırılması ilə bağlı planın arxasında ABŞ-ın adını çəksə də, qəflətən cümləsini dəyişərək “xarici bir ölkə” deyib. İmran Xan xarici ölkənin Pakistanı təhdid etdiyini ifadəe dib:

“Müxalifətlə əlaqələri var. Pakistana qəzəbləndiklərini deyirlər. Bunu bəhanə gətirirlər. İmran Xan etimad səsverməsində məğlub olarsa, Pakistanı bağışlayacaqlarını deyirlər. Əskinə olacağı təqdirdə Pakistanı çətin günlərin gözlədiyini bildirirlər. Biz 220 milyonluq millətik. Heç bir səbəb olmadan bizi təhdid edirlər”.

İmran Xan bildirib ki, xəbərdarlıq mətni Pakistan səfirliyinə təqdim edilib. İmran Xan tam mətni açıqlamadığı və mətndə qorxunc detalların olduğunu ifadə edib.

Qeyd edək ki, Baş nazir İmran Xanın koalisiya qurduğu Birləşmiş Xalq hərəkatı partiyası müxalifətlə razılaşaraq hakimiyyətdən ayrılıb. Bununla da, Baş nazirin hakimiyyətdən uzaqlaşdırılması üçün 172 səsin lazım olduğu halda, bu göstərici 176-ya çatıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu