fbpx

İmran Xanın istefası gözlənilən idi

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Pakistan Nazirlər Kabineti ölkə konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Prezident tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində Baş nazir İmran Xanın istefa verdiyini açıqlayıb.

İlgili Makaleler

Növbədənkənar parlament seçkiləri 90 gün sonra keçiriləcək və baş nazir təyin olunanadək İmran Xan vəzifəsini icra edəcək.

– Bəs İmran Xan niyə istefa verdi?

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir

Bu barədə açıqlama verən politoloq Turan Rzayev bildirdi ki, İmran Xanın istefası gözlənilən idi. Çünki İmran Xana qarşı etimadsızlıq müzakirə mövzusuna çevrilmişdi.

“Məsələ ondadır ki, İmran Xanın bir müddət öncə Rusiyaya səfəri ölkədə ciddi etirazlara səbəb olub. Səfər sonrası müxalifət ölkə parlamentində İmran Xana etimadsızlıq səsverməsi keçirməyə cəhd etdi. İmran Xan isə Parlamentin ona etimadsızlıq təklifini rədd edib. Daha sonra isə o Nazirlər Kabinetini istefaya göndərib. İmran Xan müxalifət təmsilçilərinin onu istefaya səsləməsini ABŞ-ın hökuməti devirməsi olaraq qiymətləndirib. Təsadüfi deyil ki, Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə bir neçə gün öncə Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxdı. Yəni həm Milli Assambleyanın buraxılması, həm də özünün istefa verməsi onun konkret planı əsasında həyata keçirilir”.

– Uzun müddətdir Pakistanın Baş naziri vəzifəsini yerinə yetirən İmran Xanın əvəzinə kim seçiləcək?


“Hazırda baş verən proseslərin İmran Xanın nəzarətində həyata keçirildiyi görünür. Bu mənada mümkündür ki, o yenidən baş nazir seçilsin. Bununla belə hazırda İmran Xanın postuna əsas namizəd, həmçinin onun rəqibi şübhəsiz ki, Müsəlman Liqasına mənsub olan Mian Məhəmməd Şahbaz Şərifdir. Yəni hansısa fors-major hal baş verməsə, İmran Xanı Mian Məhəmməd Şahbaz Şərif əvəzləyə bilər. Lakin hələlik bunun baş verməsi mümkün deyil”.

– İmran Xanın yoxluğu İslamabadın AnkaraBakı baxışını dəyişə bilər?

“Bu gün olmasa da, gec-tez Pakistanda İmran Xan dövrü bitəcək. İmran Xandan sonra hakmiyyətə kimin gəlməsindən asılı olmayaraq Pakistanın xarici siyasətində kəskin dəyişikliklər olacağını düşünmürəm. Pakistanın iqtisadi və xarici siyasəti nəinki Azərbaycan, Türkiyə, heç Böyük Britaniya, ABŞ, Çin, Hindistana qarşı da dəyişməyəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu