fbpx

İmtahandan qayıdan şagirdlər qəzaya düşdü

BEY.AZ informasiya agentliyi xəbər verir


Sabirabadda fənn müsabiqəsindən qayıdan şagirdlərin olduğu avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alanlar var.

Metbuat.az Report-a istinadən, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, Sabirabadın Qalağayın kənd tam orta məktəbində respublika fənn müsabiqəsindən imtahan verib, geri qayıdan şagirdlərin olduğu avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qaratəpə kənd sakinləri – 2010-cu il təvəllüdlü Əzizova Zərifə Elsevər qızı, 2010-cu il təvəllüdlü Cəfərova Günel Ələsgər qızı, 1969-cu il təvəllüdlü, müəllim Mövludov Bəxtiyar Hafiz oğlu və daha 3 məktəbli müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İmtahandan #qayıdan #şagirdlər #qəzaya #düşdü

Bir Cevap Yazın

Başa dön tuşu