fbpx

İnes Harrak ölkəmizdə baş tutan beynəlxalq tədbirdə mükafatlandırıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Tunisdən olan iş xanımı İnes Harrak “Reputation İnc. PR & Event” şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan “Global Woman Awards – 2022” tədbirində “The Successful Entrepreneur” mükafatına layiq görülüb.

İ. Harrakın biznes həyatına ilk addımları iyirmi yaşından etibarən başlayıb və bir çox ölkələrə səfər edərək orada geniş iş əlaqələri qurub. Yüksək iş təzyiqi altında yüksək potensialla çalışa bilməsi onun peşəkarlığı və əzmindən xəbər verir. Xüsusi PR bacarıqlarına görə bir çox firma və brendlərlə əməkdaşlıq edib. 2019 cu ildə isə öz şirkətini qurmağı bacarıb.

“InTalentsAgency” şirkəti bu illər ərzində bir çox tədbirlərin təşkilatçılığını öz üzərinə götürərək işinin öhdəsindən layiqincə gəlməyi bacarıb.

Sahibkar, teleaparıcı və model olan İness Harrak qurduğu şirkətə peşəkar olaraq rəhbərlik edir. Məhz bu peşəkarlığa görə də bu illər ərzində bir çox uğurlara imza atıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu