fbpx

İngiltərədə 74 uşaqda hepatit aşkarlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


İngiltərədə 74 uşaqda hepatit virusu aşkar edilib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə (ÜST) Şotlandiyada 10 yaşından kiçik 10 uşağa ağır hepatit diaqnozu qoyulub. İngiltərədə isə hepatitə yoluxan uşaqların sayı 74-ə yüksəlib.Təşkilat virusun hansı yollarla keçdiyi barədə məlumatsızdır. Hazırda hepatit nümunələri laboratoriyada tədqiq edilir. Qeyd olunur ki, mart ayından etibarən hepatitə yoluxduğu deyilən uşaqlarda sarılıq, ishal, qusma, qarın ağrısı kimi simptomlar müşahidə edilib.

Açıqlamada bəzi halların qaraciyər mütəxəssisinə aparılaraq müalicə olunduğu, 6 halda isə qaraciyər transplantasiyası aparılmalı olduğu da deyilib.

ÜST-ün bəyanatından sonra mətbuata açıqlama verən Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin Kliniki və İnkişaf etməkdə olan Xəstəliklər üzrə Direktoru, doktor “Meera Chang” deyib ki, ölkə daxilində səlahiyyətlilər virusun uşaqlara ötürülməsinin səbəbini araşdırmaqda davam edirlər.

Məlumat üçün bildirək ki, yoluxan uşaqlar arasında indiyədək hepatitdən ölüm halı qeydə alınmayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu