fbpx
Xəbərlər

“İnter”də Hakan Çalhanoğlu fırtınası – VİDEO

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“İnter”in türkiyəli ulduzu Hakan Çalhanoğlu komandasının “Empoli”ni 1:0 hesabı ilə məğlub etdiyi matçda göstərdiyi performansa görə İtaliya mətbuatında təriflənib.

Metbuat.az xəbər verir ki, İtaliya A Seriyasının 5-ci həftəsində “Empoli” “İnter”i qəbul edib. Qonaq komanda Federiko Dimarkonun 51-ci dəqiqədə vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edərkən, “İnter”in türk futbolçusu Hakan Çalhanoğlu da matça damğa vurub. “La Gazzetta dello Sport”un məlumatına görə, türkiyəli futbolçu Dimarko ilə birlikdə matçın ən yaxşı oyunçuları arasında yer alıb. Futbolçunun son oyunlardakı uğurlu oyunu diqqət çəkir.

Qeyd edək ki, bu mövsüm A seriyasında 5 matça çıxan Hakan Çalhanoğlu 2 dəfə fərqlənib.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #İnterdə #Hakan #Çalhanoğlu #fırtınası #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu