İrəvanda etirazlar davam edir – Paşinyan qərarlıdır
İrəvanın bir sıra ərazilərində və parlament binasının qarşısında etiraz aksiyaları keçirilir.
Metbuat.az xəbər verir ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Etirazçılar nümayişlərin davam edəcəyi barədə xəbərdarlıq ediblər. Aksiya iştirakçıları “Satqın Paşinyan” deyə şüarlar səsləndiriblər.
Qeyd edək ki, yerli media Nikol Paşinyanın istefa verməyəcəyini yazıb. İddialara görə, bu barədə Paşinyan köməkçilərinə bildirib. Paşinyan təzyiqlərə davam gətirəcəyini ifadə edib.