fbpx

İrəvanda yanğında həlak olan hərbçilərin valideynləri aksiya keçirir

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanın paytaxtı İrəvanda hökumət binasının qarşısında aksiya keçirilir.

Metbuat.az “Sputnik Armenia”ya istinadən məlumat verir ki, aksiyaya toplaşanlar Qeqarkunik rayonunun Azat kəndi ərazisində baş vermiş yanğında həlak olan 15 hərbçinin valideynləridir.

Bildirilib ki, aksiyada iştirak edənlər hökumət binasında görüşə dəvət olunub, lakin görüşün konkret kiminlə baş tutacağı məlum deyil. Valideynlərin hadisənin səbəbləri, həm də baş vermə şəraitinin müəyyən edilməsi üçün müvafiq strukturların addımları ilə bağlı izahat tələb edirlər.

Xatırladaq ki, yanvarın 19-da Qeqarkunik rayonunun Azat kəndi ərazisində mühəndis bölüyünün kazarmasında yanğın baş verib. Nəticədə 15 nəfər ölüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İrəvanda #yanğında #həlak #olan #hərbçilərin #valideynləri #aksiya #keçirir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu