fbpx

İrəvanın “Ölməz alay” yürüşündə “Z” şousu

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün İkinci Dünya Müharibəsində əldə olunmuş qələbənin 77-ci ildönümü münasibətilə Ermənistanda aksiya keçirilib.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, paytaxt İrəvanın mərkəzində “Ölməz alay” yürüşü təşkil edilib.

Yerli media yazır ki, aksiya “Ölməz Alay” beynəlxalq hərəkatının rəsmi tərəfdaşı olan “Birgə” İctimai Hərəkat tərəfindən təşkil olunub.

– Hərəkat ümumi tarixi yaddaşın qorunmasını və Rusiya və Ermənistan xalqları arasında ənənəvi dostluq müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin tərəfdarıdır. Hərəkatın fəalları və onlara qoşulan vətəndaşlar İrəvandakı Qələbə parkında yerləşən “Əbədi məşəl”ə 100 metrlik iki bayraq – Ermənistan və Rusiya bayrağı, habelə eyni uzunluqda “Müqəddəs Georgi” lentini qaldırıblar. Onlar “Əbədi məşəl”də Müqəddəs Georgi lentindən və digər bayraqlardan hazırda Rusiyanın apardığı müharibənin əsas rəmzi olan “Z” hərfini yaradıblar. Bu, faşizmə qarşı Vətən Müharibəsinin hazırda davam etməsinin simvoludur. Bu, həm də Ermənistanın İkinci Dünya Müharibəsi illərində olduğu kimi, dost rus xalqının yanında dayandığını və bu gün də özünün strateji tərəfdaşı və təhlükəsizliyinin təminatçısı ilə bir yerdə olmasını simvolizə edir, – hərəkatın nümayəndələrindən biri mediyaya açıqlamasında deyib.

Bəzi saytlar isə yazıb ki, bu cür ənənəvi yürüşlərdə Rusiyaya dəstək nümayiş etdirmək üçün “Z” simvolunun kulminasiya nöqtəsinə qaldırılması məcburi deyildi.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu