fbpx

İranda edam cəzaları səngimək bilmir – daha 11 nəfər ağacdan asıldı

İranda əxlaq polisi tərəfindən saxlandıqdan sonra dünyasını dəyişən Məhsa Əmininin ölümünə etiraz olaraq başlayan nümayişlər və etirazlar davam edir.

Aksiyalar davam etməklə yanaşı, etirazçılar üçün edam hökmləri başlayıb. Faktiki olaraq, ümummilli nümayişlər zamanı məmur mühafizəçini qətlə yetirməkdə təqsirli bilinən 5 nəfərin edam cəzasının qüvvədə saxlandığı, 1-i qadın, 3-ü uşaq olmaqla 11 nəfərin barəsində hökm çıxarıldığı bildirilir. Etirazlarda rolu olduğu səbəbiylə ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd olunur ki, son 5 nəfərlə aksiyalarla bağlı ölüm hökmü çıxarılanların sayı 11-ə yüksəlib. Sözügedən mühafizəçinin hadisələr zamanı həyatını itirən şəxsin dəfnində iştirak edən bir qrup tərəfindən qarət edilərək öldürüldüyü vurğulanır. Ölkə mətbuatında əksini tapan xəbərlərə görə, nümayişlər zamanı 60-dan çox asayiş keşikçisi həyatını itirib.

Nümayişlər zamanı minlərlə adam nəzarətə alınarkən, hadisələrlə bağlı 1024 nəfərə qarşı ittiham aktının hazırlandığı açıqlanıb. İran Cinayət Məcəlləsinə əsasən, “ictimai asayişi pozmaq, yer üzündə fitnə-fəsad törətmək və dövlətə qarşı müharibə aparmaq” kimi cinayətləri törədənlər ölüm cəzası ilə mühakimə olunur.

Digər tərəfdən, ölkədə İslami geyim kodunu tətbiq etmək vəzifəsi daşıyan əxlaq polisinin bağlanıb-bağlanmaması ilə bağlı qeyri-müəyyənlik qalır. Yeri gəlmişkən, baş prokuror Mohammed Cafer Montazeri əxlaq polisinin ləğv edildiyini açıqlasa da, hökumətdən bunu təsdiqləyən bir xəbər yoxdur. Yerli media baş prokurorun sözlərinin “yanlış şərh edildiyini” bildirir.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Serbiyaya səfəri zamanı mövzu ilə bağlı ona verilən suala qeyri-müəyyən cavab verməyə üstünlük verib, sadəcə olaraq “Hər şey qanun çərçivəsində gedir” deməklə kifayətlənib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu