fbpx

İranda türkmən qadın həkim təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildi

İranda türkmən qadın həkim təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

Bey.az xəbər verir ki, dekabrın 17-də dəfn edilən əslən Türkmənsəhra türkmənlərindən olan və Tehranın “Çəmran” xəstəxanasında işləyən gənc həkim Ayda Rüstəmi təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb və öldürülüb.

O, dekabrın 12-də işdən çıxdıqdan sonra yoxa çıxıb. Polis onun meyitini iki gün sonra ailəsinə təhvil verib və avtomobil qəzasında öldüyünü, sonra isə özünü körpüdən ataraq intihar etdiyini iddia edib.

Ayda Rüstəmiyə məxsus şəxsi əşyaların ailəsinə verilmədiyi, ailənin məsələni ictimailəşdirməməsi ilə bağlı təhdid edildiyi bildirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu