fbpx

İrandan Azərbaycana gələn maşında külli miqdarda narkotik və dərman aşkar edildi

BEY.AZ informasiya agentliyi xəbər verir



Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib.

Metbuat.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, bu zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitələr və psixotrop maddələr, habelə Azərbaycan Respublikasında dövriyyəsinə icazə verilməyən coxsaylı dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, aidiyyəti şəxslər cinayət məsuliyyətinə cəlb olunub.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İrandan #Azərbaycana #gələn #maşında #külli #miqdarda #narkotik #və #dərman #aşkar #edildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu