fbpx

İrandan narkotik keçirilməsinin qarşısı alındı

BEY.AZ informasiya agentliyi xəbər verir


İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, iki nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Metbuat.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində mart ayının 17-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonu Hacırüstəmli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Həsənov Arzu Yusif oğlu və Osanlı Elçin Firuz oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 3 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İrandan #narkotik #keçirilməsinin #qarşısı #alındı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu