fbpx

İrandan ölkəyə qanunsuz heroin keçirilməsinin qarşısı alınıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət Gömrük Komitəsi İrandan Azərbaycana qanunsuz 1,75 kq heroin keçirilməsinin qarşısı alıb.

Metbuat.az Komitəyə istinadən xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu gömrük nəzarətindən keçən zaman saxlanılıb.

Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin salonunda karton qutuda olan qəhvəyi rəngli güldana reaksiya verib. Daha sonra həmin əşya rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə edilib.

Ətraflı yoxlama nəticəsində güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə şəffaf sellofanda qablaşdırılan açıq qəhvəyi rəngli narkotik vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu