fbpx

İranın nüvə proqramı ilə bağlı danışıqlar dayandırıldı

BEY MEDIA İnformasiya agenti xəbər verir


Vyanada İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar yekun mərhələyə çatıb və siyasi qərarlar üçün dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.

Avropa İttifaqının koordinatoru Enrike Mora bildirib ki, iştirakçılar məsləhətləşmələr üçün paytaxtlarına gedəcək və gələn həftə Vyanaya qayıdacaqlar.

Qeyd edək ki, Vyanada İran, Böyük Britaniya, Çin, Fransa, AlmaniyaRusiya arasında sanksiyaların ləğvi müqabilində 2015-ci ildə hazırlanmış İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün danışıqlar aparılır.

2018-ci ildə ABŞ fəaliyyət planından çıxıb və İrana qarşı yenidən sanksiyalar tətbiq edib.

Bu həftə İran ilk dəfə olaraq ABŞ-la birbaşa danışıqlara açıq olduğunu bildirib. Ağ Ev də öz növbəsində buna hazır olduğunu bəyan edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu