fbpx

İrina Zaretska ilk görüşündə məğlub olub

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni erkən dayandırıb.

Metbuat.az xəbər verir ki, 68 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində fransalı Alizi Agierlə üz-üzə gəlib.

İlk qarşılaşmasındaca rəqibinə 1:3 hesabı ilə məğlub olan Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı yarışla vidalaşıb.

Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Bu gün 7 karateçi mübarizəyə qoşulub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu