fbpx

İsrail ABŞ-dan 25 ədəd F-35 təyyarəsi almaq istəyir

BEY.AZ informasiya agentliyi xəbər verir


İsrail Müdafiə Nazirliyi ABŞ-dan üçüncü eskadrilyanı təşkil edəcək 25 ədəd F-35 qırıcı təyyarəsinin alınması prosesinə rəsmən başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail ABŞ-dakı F-35 Birgə Proqram Ofisinə təyyarələrin alınması ilə bağlı rəsmi sorğu göndərib. Bundan sonra təchizat müqaviləsi imzalanmalıdır. Sövdələşmənin yaxın aylarda tamamlanacağı gözlənilir.

İsrail Müdafiə Qüvvələrinə təyyarələrin yeni partiyasının tədarükü 2027-ci ildə başlayacaq və üç ildə yekunlaşacaq.

Bununla da İsrail Hərbi Hava Qüvvələrində F-35 qırıcı təyyarələrinin sayının 75-ə çatacağı gözlənilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İsrail #ABŞdan #ədəd #F35 #təyyarəsi #almaq #istəyir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu