fbpx

İsrail məktəbləri distant təhsilə keçdi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

İsrail Təhsil Nazirliyinin müvafiq göstərişi ilə ölkədəki bütün təhsil müəssisələri distant təhsilə keçib.

BEY.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Məktəblər əvvəllər COVID-19 pandemiyası zamanı istifadə edilən distant formatda fəaliyyət göstərəcək.

Eyni zamanda, bəzi təhsil müəssisələri dərsləri fərdi, lakin Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, həmçinin təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla keçirmək hüququnu özündə saxlayır.

Qeyd olunub ki, distant təhsil formasının nə qədər davam edəcəyi hələlik məlum deyil.

Nəşr həmçinin vurğulayıb ki, İsrailin təhsil sistemi çətinliklərlə üzləşib: Qəzza zolağına bitişik ərazilərdən evakuasiya edilən bir çox ailənin kompüterləri yoxdur və buna görə də hələ ki, distant təhsil rejiminə qoşula bilmirlər.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #İsrail #məktəbləri #distant #təhsilə #keçdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu