fbpx
Xəbərlər

​İsrail Qəzzaya növbəti dəfə zərbə endirib

BEY.AZ informasiya agentliyi xəbər verir


Qüdsdəki vəziyyət İsrail-Qəzza xəttində gərginliyi artırır. İsrail öz ərazisinə atılan raketlərə cavab olaraq bir həftə ərzində Qəzzanı ikinci dəfə vurub.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, İsrail Qəzzadan atılan raketlərə cavab olaraq bu səhər Qəzzada bir hədəfi vurduğunu açıqlayıb.

Bildirilib ki, ötən gecə Qəzzadan atılan raketlərdən biri İsrailin cənubundakı Sderotda bir evin yaxınlığında düşüb. Hadisə ilə əlaqədar bir nəfərin xəstəxanada müalicə olunduğunu açıqlayan İsrail, cavab olaraq günün səhəri Qəzzada raket istehsalı müəssisəsinə hücum edib. İsrail ordusunun mətbuat katibi bildirib ki, hava hücumu obyektə külli miqdarda ziyan vurub.

Qeyd edək ki, İsrailin hava hücumundan müdafiə sistemi olan Dəmir Qübbə də işə salınıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu