fbpx

İsrailin məşhur komandiri həlak oldu

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

İsrail ordusunun “Kabus” adlı elit bölməsinin rəisi, polkovnik Roy Levi Reim şəhərinin cənubunda Fələstinin HƏMAS qruplaşmasının yaraqlıları ilə döyüş zamanı həlak olub.

Bu barədə “Tayms of İsrail” məlumat yayıb.

“O, evlərində mühasirəyə alınan vətəndaşları xilas etmək üçün ilk olaraq Reimdə döyüşə girərək, komandasını cəsarətlə idarə etdi”, – İsrail ordusunun yaydığı məlumatda bildirilib.

Məlumatda 10-a yaxın fələstinli yaraqlının öldürüldüyü da qeyd edilib.

Xatırladaq ki, bundan öncə daha bir polkovnikin – briqada komandiri Yonatan Ştaynberqin həlak olduğu bildirilmişdi.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb.

İsrail ordusu cavab tədbirləri görür.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #İsrailin #məşhur #komandiri #həlak #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu