fbpx
Xəbərlər

İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcəsi artırılır

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin 238 milyon manat olacağı gözlənilir.

BEY.AZ bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,3 % çoxdur.

Xatırladaq ki, Fonda işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0,5 %-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5 %-i sığorta haqqı ödənilir. Sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinin 50 %-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 %, sığorta stajı 10 ildən yuxarı olduqda 60 % məbləğində işsizliyə görə aylıq sığorta ödənişi verilə bilər.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #İşsizlikdən #Sığorta #Fondunun #gələn #üçün #büdcəsi #artırılır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu