fbpx
Xəbərlər

İstedadlı şagirdlər üçün keçirilən imtahanın nəticələri açıqlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.

Bu barədə Metbuat.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, imtahanlarda şagirdlərin hazırda təhsil aldıqları sinfin ikinci, növbəti sinfin birinci yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlığı, yaradıcı potensialı, ümumi dünyagörüşü yoxlanılıb.

Eksternat qaydasında keçirilən imtahanların nəticələrinə əsasən, ibtidai təhsil səviyyəsi üzrə 1 (bir) şagird uğur əldə edib. Belə ki, Bakı şəhəri 24 nömrəli tam orta məktəbin III sinif şagirdi Abbaslı Duyğu Ramil qızı IV sinfin II yarımilindən təhsilini davam etdirmək imkanı qazanıb.

Qeyd edək ki, təhsil səviyyələrini vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

Onu da qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları” əsasında keçirilir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu