fbpx

İstehlakçılara 213,9 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 536.252.529 kassa çeki üzrə 213,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-mart ayları ərzində isə 107.998.512 çek üzrə 42 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu il aprelin 29-dək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.

Həmçinin, 2021-ci ilin 1-ci rübü ərzində istehlakçılara 67.101.388 kassa çeki üzrə 26,7 milyon manatdan çox ƏDV məbləği qaytarılmışdı.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu