fbpx

İstilik enerjisindən istifadə qaydaları təsdiqləndi

BEY.AZ informasiya agentliyi xəbər verir


İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib.

Metbuat.az xəbər verir ki, Nazirlər Kabinet bununla bağlı müvafiq qərar verib.

Müəyyən edilib ki, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək “İstilik enerjisindən istifadə qaydaları”nda həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

Qərara əsasən, istilik enerjisindən istifadə qaydaları müəyyən edilmiş, enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan qarşılıqlı münasibətlər və bununla əlaqədar digər məsələlər tənzimlənəcək. İstilik enerjisindən istifadə qaydaları istehlakçıların istilik təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması və istismarı, istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələrini, istilik və isti su təchizatı xidmətlərinin dayandırılması hallarını, istilik və isti su təchizatı xidmətlərindən istifadəyə görə hesablaşma məsələlərini müəyyən edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İstilik #enerjisindən #istifadə #qaydaları #təsdiqləndi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu