fbpx

İstismarı bitmiş binaların satış qiyməti çox şişirdilir

BEY.AZ informasiya agentliyi xəbər verir


Son günlər əmlak bazarında yaşanan durğunluq həm alıcıların, həm də satıcıların kefinə “soğan doğrayır” desək heç də yanılmarıq.

Mövzu ilə bağlı əmlak üzrə tanınmış ekspert Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirdi ki, əvvəlki illərin əmlak bazarına nəzər saldıqda biz görürük ki, həm bir otaqlı həm iki həm də 3 və daha artıq mənzillərin alıcısı kifayət qədər var idi. Alıcı kütləsi istər köhnə binalarda istərsə də yeni binalara tələbat olduğunu hiss etdirirdi. Amma hazırda bazarda yaşanan sakitlik bu tendensiyanın mənfi yöndə dəyişdiyinə işarədir.

“Elə vətəndaş var ki, əlindən təqribən 10-15 min manat pulu var o da çalışır ki, daha çox Bakı ətrafı və Abşeron rayonu ərazisində yerləşən bir otaqlı və ya həyət evlərini alıb orada məskunlaşsınlar. Rəsmi işi olmayan, ipoteka kreditindən yararlana bilməyən vətəndaşlar üçün əlavə borca girib mənzil almaqdansa əlindəki pul ilə müəyyən kiçik ölçüdə mənziləri alıb orada yaşamağı daha sərfəli hesab edirlər. Digər kateqoriyadan olan şəxslər isə daha çox ipoteka krediti ilə ilə mənzil almaq barədə düşünürlər. Amma hazırda bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Çünki ipoteka kreditlərinin faizləri də artıb, həmçinin ipotekaya yararlı mənzillərin sayı da azdır. Köhnə beşmərtəbə “Xruşovka” tipli binalar istismar müddətini bitirdiyi üçün onları ipoteka vasitəsi ilə əldə etmək mümkün deyil. Çünki bazarda köhnə binalar üçün təqdim edilən qiymətlər həddindən artıq şişirdilmiş formadadır. Əmlak bazarında köhnə binaların satış qiyməti 25-30 faiz baha təklif olunur. Səbəb isə o binaların nə vaxtsa sökülüb yeni binalarla əvəz olunması kimi izah edilir”.

Ekspert deyir ki, bəzi şəxslər əllərində pul olduğu təqdirdə çalışırlar ki, köhnə binalardan mənzil alıb söküləcəyi təqdirdə daha çox böyük ölçüdə mənzil tələb etsinlər. Əslində qiymət artımı yeni tikilən binalara şamil edilməlidir.


“Bildirim ki, bura tikinti materiallarının qiyməti, torpaq qıtlığı və s aid edildiyi üçün həmin binalarda qiymət artımı normal hesab edilir. Amma bu sadalanan faktların heç biri köhnə tikili binalara aid deyil. Hazırda paytaxt ərazisində yeni tikili binaların qiyməti 250 minlə 400-500 min arasında təklif edilir. Bu binaların öz alıcıları var. Onlar nağd şəkildə bu binaları ala bilirlər. Məhz bütün bu problemləri tənzimləmək üçün əmlak bazarına nəzarət mexanizmi olmalıdır”.

E.Fərzəliyev qeyd etdi ki, bu sahədə boşluqlar olduğu üçün, hər kəs öz mənzilini istədiyi qiymətə satışa təqdim edir. İnkişaf etmiş ölkələrdə bu məsələ xüsusi kateqoriya ilə tənzimlənir.

“Köhnə binalar ististmara yararsız olduğu üçün onların qiyməti də ucuz olmalıdır. Bu gün Bakı şəhəri Yasamal rayonu ərazisində “Xruşovka” tipli binalar 80-85 min manata təklif edilən mənzilin ölçüsü 50 kvadrat metrdən çox deyildir. Demək ki bunun qiyməti kvadratına görə 1800-2000 manat arasında dəyişilir. Amma elə həmin rayon ərazisində kvadratı 1500-1600 manata olan sıfırdan təmir edilmiş yeni tikili binada mənzil almaq olar. Bütövlükdə bu məsələlərin tənzimlənməsi bir daha əmlak bazarına nəzarət mexanizminin labüd olduğunun bariz nümunəsidir”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin