fbpx

İtaliya futbolu çalxalanır: Hamısı yalan imiş

BEY.AZ informasiya agentliyi xəbər verir


İtaliyanın “Yuventus” klubunun daha 20 xalı silinə bilər.

Metbuat.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının hüquqşünasları klubun pandemiya dövründə maaş ödəmələrində qanunsuzluğa yol verdiyini irəli sürür. Buna görə, “Yuventus”un daha 20 xalının silinməsi üçün müraciət ediləcək.İddialara görə, “Yuventus”un açıqladığı pandemiya dövründə bir sıra oyunçuların maaşlarının 4 aylıq hissəsini kluba bağışladığı barədə açıqlamaları doğru deyil. Bunu Mathis de Ligt və Mattia de Sciglio tərəfindən təsdiqlənmiş telefon danışıqları və digər mesajlaşmalar də təsdiq edir. Bu isə keçmiş rəhbərliyin pandemiya dövründə oyunçuların maaşlarının bir hissəsini mənimsədiyini deməyə əsas verir. Həmçinin “Yuventus”un Kristiano Ronaldoya 19.9 milyon avro borcunun qalması da hüquqşünasların kluba qarşı istifadə edəcəyi məlumatlar sırasındadır.

Qeyd edək ki, bundan əvvəl “Yuventus”un 15 xalı silinib. “Yuventus” rəhbərliyi klubun maliyyə vəziyyəti ilə bağlı yalan məlumat yaymaqda, bazar manipulyasiyasında, mövcud olmayan əməliyyatlara görə saxta gəlir bəyannaməsi təqdim etməkdə, audit nəzarətinə mane olmaqda ittiham olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İtaliya #futbolu #çalxalanır #Hamısı #yalan #imiş

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu