fbpx
Xəbərlər

İTV efirdəki səhvini etiraf etdi: Gecə saat 01:15-də…

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranmış faciəvi vəziyyətin dərhal geniş ictimaiyyətə çatdırılması hadisənin ilk saatlarından İctimai Televiziya və Radio Yayımları Şirkəti üçün prioritet istiqamət olub. Çoxsaylı insan tələfatı ilə əlaqədar efir proqramında dərhal dəyişiklik edilib, musiqi-əyləncə məzmunlu verilişlər efirdən çıxarılıb”.

Metbuat.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Qeyd edilib ki, texniki səhv üzündən efirdə ötən həftədən planlaşdırılmış köhnə proqram setkası yayımlanıb.

“Buraxılışlarımızla yanaşı, yayımlanan bütün verilişlərimizdə əsas diqqət məhz qardaş ölkədə baş vermiş bu hadisənin ağır nəticələrinin işıqlandırılmasına, Azərbaycanda yardım toplanması prosesinə yönəldilib. Hadisədən dərhal sonra xüsusi çəkiliş qruplarımız Türkiyəyə ezam edilib. Hadisənin bütün təfərrüatlarının geniş işıqlandırılması borcumuzdur. Təəssüf ki, ötən gün gecə saat 01:15-də proqram departamentinin məsul əməkdaşı tərəfindən yol verilən diqqətsizlik və texniki səhv üzündən efirə hələ ötən həftədən planlaşdırılmış köhnə proqram setkası üzrə musiqi nömrəsi verilib. Hərçənd ki, zəlzələdən sonra tərtib olunan yeni proqramda bu musiqi nömrəsi digər verilişlə əvəzlənmişdi. Baş vermiş bu səhvlə əlaqədar dərin təəssüf hissi keçiririk”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İTV #efirdəki #səhvini #etiraf #etdi #Gecə #saat #0115də

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu