fbpx

İyun ayının ilk günündə hava necə olacaq?

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, Bakıda gecə 17-19° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 31-36° isti, dağlarda gecə 2-7° isti, gündüz 17-22° isti olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu