fbpx

Kəmaləddin Heydərov qadın naziri otelində işlədib

BEY.AZ informasiya agentliyi xəbər verir


“Kəmaləddin Heydərov Latviyanın keşmiş daxili işlər və müdafiə naziri Linda Murniese xanımı otelində administrator kimi işlədib”.

Metbuat.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cəmil Həsənli feysbuk hesabında yazıb: “Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 3 ildən bəridir ki, Riqadakı “Roma” otelinə müştəri tapa bilmir. Riqanın mərkəzində yerləşən otel hazırda satışdadır, lakin Heydərovun otelə çəkdiyi 13.2 milyon avroluq xərcə baxmayaraq baha hesab olunur”.

O qeyd edib ki, satışın səbəbi bəlli olmasa da, böyük ehtimalla Heydərovun öz biznesini bütünlüklə Avropadan çıxarıb daha təhlükəsiz hesab etdiyi Birləşmiş Ərəb Əmirliklərində cəmləşdirmək niyyəti ilə bağlıdır: “Otel Heydərova məxsus “BENKONS” MMC-nin Latviya filialının mülkiyyətindədir. Fövqəladə hallar naziri oteli bağlamaq qərarı ilə bağlı administrator Linda Murnieseni ötən ilin payızında işdən azad edib. Linda xanım siyasətçidir, Latviyanın keçmiş daxili işlər və müdafiə naziri olub. Nazir kimi dəfələrlə Bakıda rəsmi səfərdə olub. Onun keçmiş həyat yoldaşı Livan mənşəli ərəb Hosam Ebu Meri də siyasətçidir və Latviya parlamentinin deputatıdır”.

Bir 1 nəfər və içəridə şəkili ola bilər

Bir 2 nəfər şəkili ola bilər

Bir 3 nəfər, yol və küçə şəkili ola bilər



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kəmaləddin #Heydərov #qadın #naziri #otelində #işlədib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu