fbpx
Xəbərlər

Kənan Mahmudov Hacı Şahinlə şəxsi yazışmasını yaydı

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Metbuat.az bizim.media-ya istinadən bildirir ki, mərhumla yaxın dost olan rejissor və aktyor Kənan Mahmudov sosial şəbəkə hesabında “Whatsapp” ani mesajlaşma platformasında səsli yazışmasının görüntülərini izləyiciləri ilə bölüşüb.

Sənətçi paylaşımında ötən il iyulun 7-də doğum gününü təbrik etdiyi Hacı cavab olaraq səsli təşəkkür mesajı göndərib. Yanvarın 18-də Kənan ilahiyyatçıdan hansısa bir işi üçün dua etməsini xahiş edib. O da səsli olaraq “Baş üstə, dua edərəm” sözlərini dilə gətirib.

Kənan növbəti postda isə Hacı Şahinin qəfil ölümü ilə bağlı bu sözləri yazıb:

“Daha sənin o gözəl, məlahətli səsini minbələrdən duymayacağıq. Bayram mesajlarında adını gələn mesajlar arasında görməyəcəyik. Hər il Aşura günü insanlar İmam Hüseyn eşqi üçün gəlirdilər Məşədi Dadaş məscidinə. İndi yüz minlərlə insanlar sənin üçün gəlib. Haqqını halal et, Hacı”.

Qeyd edək ki, bu gün səhər saatlarında Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyatçı Hacı Şahin ürək tutmasından dünyasını dəyişib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kənan #Mahmudov #Hacı #Şahinlə #şəxsi #yazışmasını #yaydı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu