fbpx

Kənd təsərrüfatı istehsalçılarına yeni güzəştlər şamil olunacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir vergisindən azad edilib.

Metbuat.az xəbər verir ki, bu, Vergilər Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaları 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad edilir, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi və fiziki şəxslərin bu sahə üzrə dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad olunur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kənd #təsərrüfatı #istehsalçılarına #yeni #güzəştlər #şamil #olunacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu