fbpx

Kərimin vəziyyətində təəssüf ki… – Ağamirzə

BEY.AZ informasiya agentliyi xəbər verir


Meyxanaçı Kərimin vəziyyəti stabil ağır olaraq qalır.

Metbuat.az xəbər verir ki, bu barədə Lent.az-a onun dostu, meyxanaçı Ağamirzə məlumat verib.

“İnsanlar Kərimi sevir, unutmurlar. Buna görə öz adımdan, ailəsi adından hamıya təşəkkür edirəm. Kərimin vəziyyətində təəssüf ki, yaxşılaşma yoxdur. Vəziyyəti stabil ağır olaraq qalır. Allah heç kimi belə ağır imtahanla sınağa çəkməsin. Danışa bilmir, çox zaman ətrfındakıları tanımır”, – o qeyd edib.

Meyxanaçı bildirib ki, ailəsi yaxın adamlardan başqa heç kimə Kərimlə görüşməyə icazə vermir. Bu da anlaşılandır.

“Adam ağır yataq xəstəsidir. Bu vəziyyətdə kiminsə gözünə görünmək istəmirsə, bunu anlamaq lazımdır”.

Xatırladaq ki, meyxanaçı Kərim iki dəfə insult keçirib. İlk dəfə 2017-ci ildə beyninə qan sızan Kərim, 2021-ci ildə keçirdiyi ikinci insultla yataq xəstəsinə çevrilib, danışıq və hərəkət qabiliyyətini itirib.

O eyni zamanda yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kərimin #vəziyyətində #təəssüf #Ağamirzə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu