fbpx

Kadinin agentindən “Qarabağ” barədə açıqlama


“Krasnodar”ın futbolçusu Kadi Borgesin agenti Helsio Roberto braziliyalı oyunçunun “Qarabağ”a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BEY.AZ xəbər verir ki, o, “Metaratings”ə açıqlamasında Kadinin Rusiya klubundan ayrılmaq fikrində olmadığını deyib:“Bu barədə deyəcək bir sözüm yoxdur. Kadi “Krasnodar”dakı hər şeydən razıdır”.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Qarabağ”da oynayıb. O, 5 milyon avroya “Krasnodar”a transfer olunub. Kadinin “Krasnodar”la müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu