fbpx

Kadırov Ukraynada olduğunu AÇIQLADI: “Kiyevə çox yaxınlaşmışıq”

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündən Vladimir Putinin yanında olduğunu deyən Çeçenistanın prezidenti Ramzan Kadırov Ukraynada olduğunu deyib.

Metbuat.az İHA-ya istinadən xəbər verir ki, Kadırov Ukrayna Təhlükəsizlik Xidmətini məsxərəyə qoyaraq Kiyevə çox yaxın olduqlarını deyib:

“Sizin beyniniz işləmir. Keçən gün biz Kiyevdən 20 km aralıda idik və indi daha da yaxınlaşmışıq. Özünüz təxmin edin ki, biz nə qədər yaxınlaşmışıq. Sizin kəşfiyyat xidmətiniz ümumiyyətlə işləməyi bilmir. Deyəsən, onlar köhnə texnologiyalardan istifadə edirlər”.

Kiyev hökumətini təhqir edən Kadırov Ukraynanın təslim olmasını deyib:

“Bir anlıq dincələ bilərsiniz, çünki bizə zəng etmək lazım deyil. Biz sizi özümüz tapacağıq. Amma sizin çox vaxtınız yoxdur. Ən yaxşısı bizimlə olun. Təklifimiz hələ də qüvvədədir. Amma bu, uzun müddət davam etməyəcək”,- deyə o qeyd edib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu