fbpx

Kadırovçular Ukraynada savaşır yoxsa “like” toplayır?

BEY.AZ informasiya agentliyi xəbər verir


“Çeçenistanın Ukraynada döyüşən “Tiktok” döyüşçüləri şəhərin kənarına sanki onlar nəzarət edirmiş kimi bir neçə video çəkiblər”.

Metbuat.az xəbər verir ki, bu fikirləri “Slidstvo.İnfo” yazaraq qeyd edir ki, bir neçə həftədir ki, Çeçenistan lideri Ramzan Kadırova tabe olan silahlılar rus işğalçılarının mühasirəsində olan Mariupoldan videogörüntülər dərc edirlər.

Bildirilir ki, jurnalistlər çeçenlərin videogörüntülərin çəkildiyi yerləri tapıblar. Xüsusilə, Kadırovun Mariupolun tutulması ilə öyündüyü iddia edilən videolardan birinin şəhərin kənarında – Rusiya sərhədinə daha yaxın olan Levoberejnı rayonunda lentə alınıb. Məlum olub ki, kadırovçular boş yaşayış binasına atəş açaraq həmin anları videoya çəkiblər. Maraqlıdır ki, kadırovçular martın 24-də Kadırov Levoberejnının təmizlənməsinin başa çatdığını elan etsə də, martın 28-də və 29-da dalbadal oradan videolar yayımlayıblar.

Görüntülər sosial şəbəkədə yayılandan sonra da izləyicilər yayılan kadrların saxta olduğu fərqinə tez varıblar. Xatırladaq ki, bir neçə gün öncə də, Ukraynada hərbi əməliyyatlara qatılan Çeçenistan respublikasından olan silahlıların sosial şəbəkələrdə yayılan videoları barədə sərt fikirlər səslənmişdi. Qeyd edilmişdi ki, mülki obyektləri mühafizə etmək tapşırığı almış kadırovçular bunun əvəzinə sosial şəbəkələrdə “like” toplamaqla məşğuldurlar.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu