fbpx

Kafeyə qumbara atan şəxs zərərsizləşdirildi

BEY.AZ informasiya agentliyi xəbər verir



Xəbər verdiyimiz kimi, ötən gün naməlum şəxs Gəncə şəhəri ərazisindəki kafelərdən birinə qumbara ataraq bir neçə nəfərin xəsarət alması və kafeyə ciddi maddi ziyan dəyməsi ilə nəticələnən cinayət hadisəsi törədib.

Metbuat.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin, törətdiyi müxtəlif cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Elmir Nağıyev olması və onun Bakı şəhərindəki mənzillərdən birində gizləndiyi müəyyən olunub. E.Nağıyev saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib. Bundan sonra polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Elmir Nağıyev zərərsizləşdirilib.

Hadisə yerindən 1 ədəd əl qumbarası və və tapança götürülüb.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kafeyə #qumbara #atan #şəxs #zərərsizləşdirildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu