fbpx
Xəbərlər

Keçmiş məcburi köçkün: “Bizi nəinki Laçınımıza, keçmişimizə qovuşdurdular”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu günü bizə yaşadan hər kəsə borcluyuq, onlar bizi nəinki Laçınımıza, keçmişimizə qovuşdurdular”.

Bunu Oxu.Az saytına açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Şəlalə Abbasova deyib.

O qeyd edib ki, bu gün onun və ailəsinin sevincinin həddi-hüdudu yoxdur:

“Bu gün mən də, ailəm də çox sevincliyik. 20-30 yaşlarımızda tərk etdiyimiz yurdumuza övladlarımızla, nəvələrimizlə qayıdırıq. Bu günlər mənə hələ də yuxu kimi gəlir, gözlərimə, yaşadıqlarıma inana bilmirəm. Prezidentimizə öz təşəkkürümüzü bildiririk. Onun möhkəm iradəsi, igid oğullarımızın qəhrəmanlığı sayəsində bu günləri görmək bizə nəsib oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də cansağlığı versin. Siz jurnalistlərə də öz təşəkkürümüzü bildiririk ki, bu xoş günümüzə şərik olursunuz”.

Xatırladaq ki, bu gün yola salınan keçmiş məcburi köçkünlər də daxil olmaqla Laçın şəhərinə 272 ailə (1052 nəfər), Zabux kəndinə isə 21 ailə (94 nəfər) köçürülüb.

Aytac Qasımova

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu