fbpx

“Kipr yığması ilə oyun bizim üçün çox vacibdir”

BEY.AZ informasiya agentliyi xəbər verir


Futbolçularımızın çoxu legioner həyatı yaşayır. Bir oyunçumuzun yüngül zədəsi var. Digərlərinin isə səhhətində hər hansı problem yoxdur. Hər biri hazır vəziyyətdədir. Hamısının klubundakı çıxışını izləyirik. Futbolçuların oyun praktikası bizi qane edir.

Metbuat.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasında Kipr və Monteneqro yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

36 yaşlı mütəxəssis bu gündən qarşıdakı matçlar üçün təlim-məşq toplanışına start verdiklərini bildirib: “Hazırlığa bu gün səhər başlamışıq. Hər gün iki məşqimiz olacaq. Oyundan bir gün öncə isə bir məşqimiz baş tutacaq. Evdə Kipr millisi ilə qarşılaşacağıq. Rəqibi analiz etmişik və buna uyğun məşqlərimizə davam edəcəyik”.

Millimizin Kipr seçməsi ilə ilk dəfə qarşılaşacağını söyləyən S. Əsgərov meydandan 3 xalla ayrılmaq istədiklərini vurğulayıb: “Bu matç bizim üçün çox vacibdir. Məqsədimiz qrupdan ilk pillədə çıxmaqdır. Digər rəqibimiz Monteneqro millisini isə çox yaxşı tanıyırıq. Daha əvvəl də eyni qrupda olduğumuz üçün bu komanda ilə oyun bizə tanışdır. Həmçinin bu yığmanın iki üzvü Türkiyədə çalışdığım klubda oynayır. Ona görə də onlar haqqında kifayət qədər məlumatım var. Ötən seçmə mərhələdə Monteneqro yığmasına səfərdə uduzsaq da, evdəki matçda qələbə qazanmışdıq. Əsas məqsədimiz doğma meydandakı ilk oyunumuzda qalib gəlməkdir”.

Sentyabrın 22-də “Dalğa Arena”da Kipr yığmasını qəbul edəcək Azərbaycan millisi sentyabrın 26-da Monteneqro seçməsinin qonağı olacaq.

Türkiyənin “ABB Fomget” klubunun da baş məşqçisi olan mütəxəssis ötən mövsüm Superliqada çempionu olmaqla böyük uğura imza atdıqlarını qeyd edib: “Mənim də nailiyyətdə az da olsa payım varsa, bu, sevindirici haldır. Bu ildən komandanın baş məşqçisiyəm. Türkiyə çempionu olduqdan sonra UEFA Çempionlar Liqasında iştirak etdik. Qrup oyunlarımız Albaniyada keçirildi. Təəssüf ki, bir oyunumuz qələbə, digəri isə məğlubiyyətlə nəticələndi və qrupdan çıxa bilmədik. Komanda olaraq, çox yaxşı hazırlaşmışdıq və əsas hədəfimiz qrupdan çıxmaq idi. Amma bu, futboldur. Hansı komanda çox səhv edirsə, o da məğlub olur. Artıq qarşıdakı matçlara baxırıq. Çünki Türkiyə Superliqasında yeni mövsüm başlayıb. Üç oyun keçirmişik. Hər birində qələbə qazanmışıq. Məqsədimiz ötənilki uğurumuzu təkrarlamaqdır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kipr #yığması #ilə #oyun #bizim #üçün #çox #vacibdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu