fbpx

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası ölkə çempionu oldu


Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.

BEY.AZ-ın məlumatına görə, finalda “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.

Bakı İdman Sarayında baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib.

İlk setdə “Azərreyl” 29:27 hesabı ilə qalib gəlib. Ardıcıl iki setdə “Murov Az Terminal” oyunçuları üstün olublar – 27:25, 25:19.

Dördüncü setdə “Azərreyl” istəyinə çatıb – 32:30.

Həlledici, qızıl setdə (15:13) də üstün olan “Azərrey” rəqibə 3:2 hesabı ilə qalib gələrək ölkə çempionu adına sahib çıxıb.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə “Neftçi” MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin