fbpx

Kivi yuxunun keyfiyyətini yaxşılaşdırır

BEY.AZ informasiya agentliyi xəbər verir


Yuxuya getməzdən 1 saat öncə kivi qəbul etmək yuxunun keyfiyyətini yaxşılaşdıra bilər.

Yuxu çatışmazlığı diabet, ağıl zəifliyi və ürək böhranı da daxil olmaqla, sağlamlıqla bağlı ciddi problemlər riskini artıra bilər. Xoşbəxtlikdən, kiçik bir meyvə yuxunuzu yaxşılaşdıra bilər. Şirin, lakin ağızı qamaşdıran dada malik kivi sadəcə dadlı qəlyanaltı deyil.

Antioksidantlar və vitaminlərlə zəngin kiçik meyvələr yuxunun cürbəcür aspektlərini yaxşılaşdırmağa kömək edə bilər.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, kivi artıq uzun illərdir bir çox insanın yuxu ayinlərində mövcuddur, elm kivinin yuxugətirici kimi dəyərini təsdiq edir.

Araşdırmalar göstərib ki, bir ay ərzində yuxuya getməzdən öncə kivinin müntəzəm olaraq istehlakından sonra yuxunun keyfiyyəti, müddəti və səmərəliliyi yaxşılaşa bilər. Kivinin tərkibində böyük miqdarda serotonin və antioksidantlar, eləcə də B vitaminlər qrupundan olan fol turşusu kimi vitaminlər var. B vitamini yuxu pozuntularının müalicəsində və yuxu rejimini bərpa etməkdə kömək edə bilər.

Tədqiqatçılar 20-55 yaşarası insanlar qrupundan 24 nəfəri əsas götürərək, kivinin qida profilini araşdırmağı qərara alıblar. İştirakçılara dörd həftə ərzində hər gecə yuxuya getməzdən 1 saat əvvəl iki kivi qəbul etmək təklif olunub. Bu əlavədən dörd həftə sonra iştirakçılar daha az müddət oyaq qaldıqları, daha davamlı və səmərəli yuxu barədə məlumat veriblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kivi #yuxunun #keyfiyyətini #yaxşılaşdırır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu