fbpx

Kiyevdən VƏTƏNƏ QAÇANLAR: Azərbaycanlı aparıcı soydaşlarımızı göz yaşları içərisində qarşıladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gün Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsini həyata keçirmək üçün təşkil olunan növbəti çarter reysi Bakıya endi.

Metbuat.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən Rumıniyanın Yassı şəhərindən həyata keçirilən çarter reysləri ilə 201 nəfər (183 qadın, yaşlı və 18 körpə) ölkəyə qayıdıb. Onların gəlişi və hava limanında yoxlanış prosesini canlı yayımda izləyicilərə nümayiş etdirən “APA TV”nin əməkdaşı, jurnalist Aytən Sakitqızı çəkiliş zamanı gözyaşlarını saxlaya bilməyib.

Qucaqlarında bir neçə aylıq körpələr ilə vətənə gəldikləri üçün sevinc hissi yaşayan soydaşlarımızın dedikləri qarşısında xanım müxbir kövrələrək “hisslərimi indi ifadə edə bilmirəm, körpələri görəndə insan göz yaşlarına hakim ola bilmir” deyib, bir neçə saniyəlik reportajına ara verməli olub.

Həmin duyğu dolu anları təqdim edirik:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu