fbpx

Klublarımızın potensial rəqibləri bilindi: “Lill”, “Fiorentina”…

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan klubları “Sabah” və “Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində yer alacaqları səbətlər və potensial rəqibləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, III raundda Serbiya təmsilçisi “Partizan”la qarşılaşacaq “Sabah” mərhələ adlayacağı təqdirdə, nisbətən asan rəqiblə qarşılaşa bilər.Çünki “Partizan”ın UEFA əmsalına görə, bu cütlük avqustun 7-də keçiriləcək püşkatma zamanı səpələnmişlər sırasında qərarlaşacaq.

III təsnifat mərhələsinin “Neftçi” – “Beşiktaş” (Türkiyə) cütü isə əksinə, səpələnməmişlərdə olacaq.

Ümumilikdə püşkatmada turnirin Əsas Yolunda 17 cütlük formalaşacaq. “Ayntraxt” (Almaniya), “Lill” (Fransa), “Aston Villa” (İngiltərə), “Fiorentina” (İtaliya) və “Osasuna” (İspaniya) birbaşa bu mərhələdən yarışa qoşulacaqlar. Onlardan “Osasuna” “Sabah”ın, digərləri isə “Neftçi”nin potensial rəqibləridir.

Eyni zamanda, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin iki cütünün məğlubu da Konfrans Liqasının Əsas Yolunda mübarizəni davam etdirəcək. Onlar da “Neftçi” – “Beşiktaş” duelinin qalibinə rəqib ola bilərlər.

Püşkatma zamanı eyni ölkənin komandalarının yer aldığı cütlüklər bir-birilərinə rəqib ola bilməzlər. Həmçinin, səpələnmişlərdə qərarlaşan “Bodo/Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü “Neftçi”nin potensial rəqibləri sırasında olmayacaq.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

Səpələnmişlər:

“Ayntraxt” (Almaniya)

“Lill” (Fransa)

“Aston Villa” (İngiltərə)

“Fiorentina” (İtaliya)

“Brügge” (Belçika) – “Akureyri” (İslandiya) cütü

“Alkmaar” (Niderland) – “Santa Koloma” (Andorra) cütü

“Gent” (Belçika) – “Poqon” (Polşa) cütü

“Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütü

“Fənərbağça” (Türkiyə) – “Maribor” (Sloveniya) cütü

“Midtyullan” (Danimarka) – “Omoniya” (Kipr) cütü

“Partizan” (Serbiya) – “Sabah” (Azərbaycan) cütü

PAOK (Yunanıstan) – “Hayduk” (Xorvatiya) cütü

“Makkabi” (Təl-Əviv, İsrail) – AEK (Kipr) cütü

“Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütü

“Bodo/Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü

Avropa Liqasında “Slaviya” (Çexiya) – “Dnepr-1” (Ukrayna) cütünün məğlubu

Avropa Liqasında “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) cütünün məğlubu

Səpələnməmişlər:

“Osasuna” (İspaniya)

“Lex” (Polşa) – “Spartak” (Slovakiya) cütü

“Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütü

“Hapoel” (Beer Şeva, İsrail) – “Levski” (Bolqarıstan) cütü

APOEL (Kipr) – “Dila” Gürcüstan) cütü

“Beşiktaş” (Türkiyə) – “Neftçi” (Azərbaycan) cütü

“Tvente” (Niderland) – “Riqa” (Latviya) cütü

“Riyeka” (Xorvatiya) – “Torshavn” (Farer adaları) cütü

“Aruka” (Portuqaliya) – “Brann” (Norveç) cütü

“Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütü

“Legiya” (Polşa) – “Austriya” (Avstriya) cütü

“Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü

“Osiyek” (Xorvatiya) – “Adana Dəmirspor” (Türkiyə) cütü

“Hibernian” (Şotlandiya) – “Lütsern” (İsveçrə) cütü

“Tobol” (Qazaxıstan) – “Derri Siti” (İrlandiya) cütü

“Sepsi” (Rumıniya) – “Aktobe” (Qazaxıstan) cütü

“Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütü

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Klublarımızın #potensial #rəqibləri #bilindi #Lill #Fiorentina

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu