fbpx

Klubsuz qalan Hazard Türkiyə nəhənginə keçir

BEY.AZ informasiya agentliyi xəbər verir


“Real Madrid”lə müqaviləsi başa çatan Eden Hazard üçün Türkiyə Super Liqa nəhənglərindən birinin hərəkətə keçdiyi irəli sürülür.

Metbuat.az xəbər verir ki, tərəflərin məhsuldar danışıqlar apardığı barədə məlumatlar var. “Foot Mercato”nun məlumatına görə, belçikalı ulduz Türkiyədə oynamağı yeni çağırış kimi gördüyü üçün menecerinə danışıqlar aparmağı tapşırıb. Tərəflərin razılaşmağa yaxın olduğu bildirilir. Xəbərdə bildirilir ki, Hazardın meneceri futbolçunu Fransanın “Marsel”, “Lill” və “Nitsa” komandalarına tövsiyə edib. Lakin klublar Hazardı transfer etmək istəməyib.

Qeyd edək ki, “Lill”, “Çelsi” və “Real Madrid”də çıxış edən Eden Hazard karyerasında 623 oyun keçirib. Belçikalı futbolçu bu matçlarda 167 qol vurub, 157 məhsuldar ötürmə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Klubsuz #qalan #Hazard #Türkiyə #nəhənginə #keçir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu