fbpx
Xəbərlər

Kolleclərə sənəd qəbulu başlayır

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olunanların elektron sənəd qəbuluna başlanılır.

Elm və Təhsil Nazirliyindən Metbuat.az-a bildirilib ki, müraciətçilər portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatları təsdiq edilir. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Elektron sistem üzrə qeydiyyat avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kolleclərə #sənəd #qəbulu #başlayır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu