fbpx

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib.

DİM-dən Metbuat.az-a verilən xəbərə görə, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

Qeyd edək ki, ixtisas seçimi 2023-cü il sentyabrın 29-dan oktyabrın 2-dək in­ter­net vasitəsilə aparılacaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Kolleclərin #boş #qalan #yerlərinə #ixtisas #seçimi #aparılacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu