fbpx

Kollina Bakıdadır

BEY.AZ informasiya agentliyi xəbər verir


FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Bakıda səfərdədir.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Sərxan Hacıyev, Hakimlər Komitəsinin sədri Barış Şimşək və Pyerluici Kollina arasında görüş keçirilib. Görüşdə futbol hakimliyinin inkişafı ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.

Bakı Olimpiya Stadionunda P.Kollina ilə Misli Premyer Liqası oyunlarına təyinat alan hakimlərin də görüşü təşkil olunub. FIFA-nın Hakimlər Komitəsinin sədri hakimlərimizə müvafiq tövsiyələrini verib, fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, bu il fevralın 28-də AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Gianni İnfantino arasında görüş zamanı Pyerluici Kollinanın hakimlərimizlə görüşü müzakirə olunmuşdu.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kollina #Bakıdadır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu