fbpx

Komandoların təlim məşqləri keçirilir – VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə təlim məşqləri keçirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin planına əsasən, komandolara təxribat hazırlığında olan şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib.

Silahlanmaya yeni qəbul olunan tırtıllı və xizəkli texnikalar vasitəsilə mobil çevik qruplar çətin keçilən ərazilərdə yerdəyişmə icra edərək dövlət sərhədini pozan qanunsuz silahlı birləşmələrin diversiya-kəşfiyyat qruplarının aşkarlanması, mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətləri yerinə yetiriblər.

Keçirilən məşqlərdə əsas məqsəd Vətən müharibəsində əldə olunan döyüş təcrübəsi nəzərə alınmaqla komandoların xüsusi texnikalarla hərəkəti, xizək sürmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin bacarıqla tətbiq edilməsidir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu