fbpx

Komediya aktyorluğundan Ali Baş Komandanlığa yüksəldi

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir zamanlar Ukraynanın komediya ustası Volodimir Zelenski hazırda dünyanda haqqında daha çox danışılan insana çevrilib. Təsadüfən prezident olmuş obrazı canlandırarkən gözlənilmədən prezident seçilən Zelenski indi karyerasının ən çətin rolunu oynayır.

Metbuat.az komediyadan başlamış baş komandirliyə qədər yüksələn 44 yaşlı Volodimir Zelenskinin həyatından mühüm faktları təqdim edir.

Zelenski 1978-ci ildə anadan olub. Uşaqlıqda Yunan-Roma güləşi, ağır atletika ilə məşğul olub, basketbol və voleybol oynayıb. Bundan əlavə, pianoda ifa etməyi öyrənib, bir müddət rəqs dərsləri alıb. Onun atası iqtisadiyyat professoru, anası isə mühəndisdir. Zelenskini gəncliyində nə iqtisadiyyat, nə də mühəndislik maraqlandırırdı. Onun fikri teatrda idi. Orta məktəbdən başlayan bu maraq universitetdə də davam etdi. Həmin illərdə hüquq təhsili alırdı, amma dostları ilə birlikdə qurduğu “Kvartal 95” teatr qrupunda da vaxt keçirirdi. Onlar komediya və satira çəkirdilər. Zelenski bilirdi ki, karyerasını hüquq sahəsində yox, teatrda davam etdirəcəkdi.

Müxtəlif televiziya şoularında iştirak edib, konsertlər verib, televiziya və ssenariləri yazıb. Buna baxmayaraq, əsas layihəsi “Axşam rübündə” olub. 2011-ci ildə Volodimir Zelenski “X-Factor” – “Factor A” şousunun rus versiyasında Filip Kirkorovla birgə ev sahibi olub. 2013-cü ildə “V Via Gro İstiyorum” adlı musiqi şousunu aparıb.

O, 2008-ci ildə eyni stüdyoda “Studio Quarter-95” filminə əsasən çəkilən “Böyük şəhərdə sevgi” tammetrajlı filmində, 2010-cu ildə “Böyük şəhərdə sevgilim 2” adlı komediyada diş həkimi İqor rolunda çıxış edib. Bundan başqa, 2012-ci ildə “8 ilk tarix” filmində rol alıb.

Qısa zamanda teatr səhnələrindən televiziyaya yüksələn Zelenski, 2015-ci ildə “Xalqın qulluqçusu” adlı serialın çəkilişlərinə başlayır. O, jarqon və təhqiramiz dildə danışan tarix müəllimi rolunu oynayırdı. Vasili Qoloborodko adlı bu müəllim “təmiz siyasət” axtarışında idi. Xalq artıq siyasi intriqalardan, rüşvətxorluqdan, korrupsiyadan əziyyət çəkmişdi. Serialdakı Vasili belə bir xalqın ümidi olaraq qısa müddətdə siyasətə yüksəldi. “Müəllim Vasili” indi “Prezident Vasili” olmuşdu.

Serial o qədər rezonans doğurdu və Zelenski o qədər məşhurlaşdı ki, serialın prodüseri “Kvartal 95” 2018-ci ildə Ədliyyə Nazirliyinə müraciət edərək “Xalqın qulluqçusu” partiyasını yaradır.

2019-cu il seçkilərində namizəd olan Zelenskinin ən güclü rəqibi Petr Poroşenko, president olmaqla bərabər güclü və varlı idi. Onun Rusiyaya qarşı çox aydın və kəskin mesajları var idi. Lakin onun adı korrupsiya ilə hallanırdı. Digər rəqib isə Yuliya Timoşenko isə narıncı inqilablar zamanı görkəmli kütləvi liderlərdən biri idi. O, baş nazir idi və ona “dəmir ledi” deyirdilər. Amma o da korrupsiyada ittiham olunurdu. Nəticədə Zelenski xalqın inamını qazanmaqla 73 faiz səs toplaayaraq Ukrayna prezidenti seçilir. O, andiçmə mərasimində nikbin bir çıxış edərək “Biz futbolda islandiyalılar kimi, torpağımızı müdafiə etməkdə israillilər kimi, texnologiyada da yaponlar kimi olmalıyıq” deyir. Zelenski çıxışında ilk hədəf kimi Donbası da göstərib. “Donbasda atəşkəsə nail olmaq bizim ilk vəzifəmizdir” deyir. Seçki kampaniyası zamanı o, Rusiyaya qarşı sərt ifadələr işlətməkdən çəkinib. O, rəhbərliyi təhvil alarkən mərasimdə Rusiya mediasından heç kim iştirak etməyib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Zelenskiyə ilk mesajı Minsk müqaviləsi ilə bağlı olub.

“NATO-dan uzaq durun, onu genişləndirməyin”. Bir müxbir Zelenski seçildikdən sonra ona “Putinlə necə davranacaqsan?” sualına Zelenski gülərək, “Mən onunla göz səviyyəsində danışacağam” deyib. Zelenski Putinlə ilk dəfə prezident seçildikdən 7 ay sonra görüşüblər. Görüş Parisdə olub. Makron və Merkelində iştirak etdiyi dəyirmi masada tərəflər Donbasla bağlı razılığa gələ bilməyiblər.

Hazırda Zelenski təbii ki, vəziyyətin ciddiliyini dərk edir və ölkəsi üçün ən yaxşısını etməyə çalışır. İndi o, Putinlə Belarusda keçiriləcək danışıqlar prosesinə hazırlaşır.

“Razılaşdıq ki, Ukrayna nümayəndə heyəti Ukrayna-Belarus sərhədində, Pripyat çayı ərazisində Rusiya ilə əvvəlcədən şərtsiz görüşəcək. Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin gediş-gəliş, danışıqlar və qayıdış zamanı Belarus ərazisinə yerləşdirilən bütün təyyarə, helikopter və raketlərin yerdə qalacağını öz üzərinə götürüb” – Zelenski bildirib.

Dünya isə bu prosesi maraq və narahatlıqla izləməyə davam edir.

Qeyd edək ki, Zelenski Azərbaycanda iki dəfə səfərdə olub. Onlardan biri 2017-ci ildə tanışlıq xarakterli, ikincisi isə qastrol məqsədilə olub. Qəbələdə keçirilən 12-ci Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalının qonaqlarından olan Zelenski öz komandası ilə tamaşaçıların qarşısına çıxıb.

Festival çərçivəsində təəssüratlarını bölüşən şoumen Qəbələnin gözəl təbiəti olduğunu və oranı çox sevdiyini bildirib. Səfər zamanı Zelenski Azərbaycan yeməklərinin dadına baxıb, Heydər Əliyev Mərkəzi, Qobustan kimi bir çox yerlərə baş çəkib.

Ukraynanın prezidenti Volodimir Zelenski 2003-cü ildən ailəlidir, bir qızı, bir oğlu var.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu