fbpx

Külək yenidən güclənəcək – RƏSMİ

BEY.AZ informasiya agentliyi xəbər verir

Şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti qeyri-sabit, küləkli və yağışlı keçib.

Metbuat.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, bəzi yerlərdə yağışlar leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı 13-36 mm qeydə alınıb. Bəzi bölgələrdə şimal-qərb küləyi 18-22, Bakıda və Abşeron yarımadasında isə 28-30 m/saniyəyədək güclənib. Müşahidə olunan küləkli və yağıntılı şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

İyulun 27-dən 29-dək ölkə ərazisində sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. İyulun 28-i gündüz saatlarında mülayim cənub küləyi əsəcək. Həftə sonlarında yenidən şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Külək #yenidən #güclənəcək #RƏSMİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu